16 Yanvar 00:12
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayon sakini buzlu yolda yıxılaraq dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Məlumata görə, Biləsuvar şəhər sakini, 1958-ci il təvəllüdlü Cəmil Rəhimov piyada yolunda hərəkət edərkən buzlu yolda sürüşərək yıxılıb.

Baş nahiyəsindən ağır xəsarət alan C.Rəhimov xəstəxanaya çatdırılarkən yolda vəfat edib.

Faktla bağlı araşdırma aparılır


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər