Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvünün zəhərlənməsi barədə Sumqayıt Tibb Mərkəzinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.
Bu barədə Teleqraf.com xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzindən bildirilib.
Məlumata görə, onlardan bir nəfərin 1958-ci il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb.
İkisi böyük olmaqla - 1958, 1999-cu il (qadın cinsli) təvəllüdlü şəxslər karbon oksidin (dəm qazının) toksiki təsiri diaqnozu ilə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Eyni diaqnozla 2020, 2022-ci il təvəllüdlü azyaşlılar (qadın cinsli) isə Uşaq Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta ağır qiymətləndirilir.