13 May 2014 18:46
1 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası qurultayı ilə bağlı bəyanat qəbul edib.

Teleqraf.com-un məlumatına görə, bəyanatda deyilir ki, partiya dəfələrlə müraciət etsə də, Bakı Şəhər İcra Hakimiyyəti Müsavata 800-1000 nəfərin yerləşə biləcəyi zal ayrımaqdan imtina edir:

“Siyasi partiyalar haqqında” qanuna və öz Nizamnaməsinə uyğun olaraq Müsavat Partiyası bu ilin fevral ayının 11-də Bakı şəhər İcra Hakimiyyətinə 5-ci dəfə müraciət etsə də, onlardan Konstitusiya Qanunu ilə məyyən edilmiş 16 günlük, ən geci bir aylıq müddətdə cavab ala bilməyib. Partiya qurultayın keçirilməsi üçün məneələrini aradan qaldırmaq məqsədilə məhkəməyə müraciət edib. 12 may 2014-cü ildə keçirilən məhkəmə prosesində Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi məktuba “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna istinad edərək, müraciətdə qurultayın keçirilmə günü kimi qeyd edilən vaxtdan – 24 maydan 3 gün qabaq cavab veriləcəyini bildirib. Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətinin cavab məktubunun gecikdirməsini, partiyanın qurultayının keçirilməsi üçün partiyanın Nizamnaməsi və təlimatlarına uyğun olaraq ən azı bir ay vaxtın lazım olduğuna əsas götürərək (başqanlığa, sərbəst Məclis üzvlüyünə və MNTK-ya namizədlərin irəli sürülməsi, namizədlərin təbliğat kampaniyasının aparılması və s. texniki işlərin görülməsi üçün), özünün qurultayını 21 iyun 2014-cü ildə keçirilməsi və bu barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilməsi haqqında qərar qəbul edib. Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətini bu vaxta qədər olan maneələrə son qoyaraq və verdiyi sözə əməl edərək, “Siyasi partiyalar haqqında” qanuna əsaslanaraq, Müsavat Partiyasına 21 iyun 2014-cü il tarixdə qurultay keçirməsi üçün 800-1000 nəfərin yerləşə biləcəyi zalın ayrılmasına çağırır”.

Kəmalə


Müəllif: