23 Yanvar 2015 11:53
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rövşən Qəmbər: “Hər bir insan özünü müxalifətçi saymasın”

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin qardaşı Rövşən Qəmbər partiyanın indiki rəhbərliyinə müxalifətdə olan Azərbaycan Demokratiya və Rifah Hərəkatının addımlarını dəstəkləyib. Rövşən Qəmbər ötən gün ADR-in “Dünya bazarında neftin qiymətinin ucuzlaşmasının və Rusiyada iqtisadi böhranın Azərbaycana mümkün təsirləri” mövzusunda tədbir keçirməsini də alqışlayıb:

"Dünyanın çox ağıllı iqtisadçıları, tanınmış şəxsiyyətləri İsveçrənin Davos şəhərində planetimizin problemlərinin həllinə aid düşüncələrini müzakirə etdikləri zamanda Bakıda keçirilən dünənki tədbirə görə Azərbaycan və Almaniya vətəndaşı kimi qürürlandım!! Arzu edirəm ki, sosial şəbəkələrdə hər zaman ən dəyərli ideyaların yaranmasında vətəndaşlarımız və dostlarımız daha fəal iştirak etsinlər. Qubad İbadoğlunun tərəfdarlarının təşəbbüsü ilə sürətlə qurulan ADR Hərəkatının dünənki tədbirinə görə xalqımızı təbrik edirəm. Dünənki tədbir Azərbaycanda yeni mərhələnin başlanmasından xəbər verdi. Özünü ağıllı sayan vətəndaşlarımıza, özünü siyasətçi adlandıranların sosial qrupunun üzvlərinə də demək istəyirəm ki, partiyaların qərərgahlarından da əsasən bu məqsədlə istifadə etməlidirlər.

Qərargahlar əsasən problemlərin həllinə çözüm arayanlara lazımdır ki, bilicilərin mütəxəssislərin hörmətlə ləyaqətlə dəvət olunaraq ən yüksək səviyyəli müzakirələrin keçirilməsinə nail olsunlar. Sosial şəbəkələrdən və KİV-lərdən aldığımız məlumatlara görə, dünənki tədbirin səviyyəsinə görə məmnun oldum. Respublikamızın sayılan ziyalılarının iştirakıyla çox dəyərli düşüncələrin müzakirələrində iştirak etdiklərinə görə sanki Azərbaycan Milli Məclisinin yeni yaradılmış Qarabağ Komissiyasının toplantısı kimi xəyalımda qurdum və inandım ki, 2015-ci ildə Qarabağ probleminin ədalətli və əbədi həllinə nail ola bilərik”.

Rövşən Qəmbər daha sonra deyib ki, heç kimin inciməyini istəmir, lakin hər bir insan özünü müxalifətçi saymasın: “Özünü müxalifətçi sayan siyasətçilərin çox dəyərli düşüncələri olmalıdır və əgər xeyirli təklifləri yoxsa, özünü müxalifətçi saymalı deyillər. Fərqli düşüncələrini məntiqli müzakirəyə çıxarması Azərbaycanda demokratik hüquqi dövlətimizin qurulmasına və inkişafına yardım edirsə, gerçək müxalifətçiliyə nümunə deyilmi??

Azərbaycanın istedadlı və ədalətsevər ziyalılarının iştirakıyla dövlətimizin ən böyük problemlərinin həlli yollarını öyrənməliyik və dünən Bakıda Mətbuat Mərkəzində keçirilən tədbir bu məqsədlə təşkil olunmuşdu, uğurlu alındığına görə sevinməliyik.

Qubad İbadoğlunun intellekti Azərbaycanın ən böyük problemlərinin həllində Azərbaycanın mənafeyinə xidmət etməlidir və bu il ərzində Qarabağ probleminin ədalətli və əbədi həllinə yol göstərə bilər”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər