23 Yanvar 2015 12:06
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda kifayət qədər təcrübəli polislərlə yanaşı, işinin öhdəsindən gələ bilməyən polislər də var”. Teleqraf.com xəbər verir ki, bunu Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib.

Millət vəkili qeyd edib ki, işini bilməyən polislərə vəzifələrin aşılanması üçün işlər həyata keçirilməlidir: “Çünki belələri vətəndaş-polis münasibətlərinin tənzimlənməsinə birbaşa mənfi təsir göstərirlər. Bu münasibətlərin qurulması üçün cəmiyyətdə maarifləndirmə işləri aparmaq lazımdır. Bu olmazsa, polis işi bundan sonra da çətin olacaq”.

İlhamə


Müəllif:

Oxşar xəbərlər