Gəncədə 31 yaşlı kişi dəm qazından boğulub.
Teleqraf.com xəbər verir ki, şəhərin Şota Rustavelli küçəsində yaşayan 1993-cü il təvəllüdlü Vasif Rasim oğlu Verdiyev dəm qazından boğularaq ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.