24 Yanvar 10:46
1 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 23-də ölkə ərazisində qeydə alınan 62 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 66, o cümlədən, borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər