26 Yanvar 14:04
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

ADA Universitetinin tələbəsi, 2002-ci il təvəllüdlü Sərxan Asif oğlu Həsənovun ötən gecə yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölməsi, hadisə ilə bağlı digər təfərrüatı da ortaya çıxarıb.

Teleqraf.com Modern.az-a istinadla xəbər verir ki, Sərxanın özündən böyük qardaşı, 2001-ci il təvəllüdlü Əli Həsənov da onunla birgə mənzildə dəm qazından boğularaq ölüb.

2001-ci il təvəllüdlü Əli Həsənov təxminən 3 ay öncə evlənibmiş.

Sərxan Həsənov isə ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü idi. O, 2020-ci ildə qəbul imtahanlarında 692,5 bal toplayaraq III qrup üzrə ölkə birincisi olmuşdu.
S.Həsənov Sumqayıt şəhərindəki Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbi qızıl medalla bitirmişdi.

Hazırda iki qardaşın öldüyü hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər