27 Yanvar 10:47
1 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvanda yanvarın 26-da iki nəfər dəm qazından boğularaq ölüb.

Teleqraf.com xəbər verir ki, hadisənin biri şəhəri Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü Çingiz Əsədov Şirvan şəhəri yaşadığı fərdi evin həyətində yerləşən hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Digər hadisə Şirvan şəhərinin M.Əsədov küçəsi ev 96 ünvanında qeydə alınıb. Şəhər sakini 1954-cü il təvəllüdlü Şölə Abıyeva yuyunmaq üçün yaşadığı fərdi yaşayış evinin hamam otağına daxil olmuş, bir müddət keçdikdən sonra hamam otağının daxilində olan su qızıdırıcıdan dəm qazının sızması nəticəsində zəhərlənərək ölüb.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər