Gəncə şəhərində "İsuzu" markalı sərnişin avtobusunun yanar hissələri yanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 50 m² olan lambirdən ibarət talvar 8 m² sahədə əriyib. Talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.