Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, yanvarın 29-da ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.
Bundan başqa, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir. Yanvarın 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 3 ədəd müxtəlif markalı tüfəng, 3 ədəd patron darağı və 112 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Yanvarın 29-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 4 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 20 ədəd müxtəlif çaplı patron aşkar edilib.
Polis əməkdaşlarının yanvarın 29-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 10 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 8,1 kiloqramdan artıq heroin, 1 kiloqramdan çox metamfetamin və 900 qrama yaxın marixuana olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.