Tərtərdə avto qəza nəticəsində bir nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, Bakıdan qonaq gələn 1999-cu il təvəllüdlü Vüsal Quliyev xalası oğluna məxsus "VAZ-21015" markalı minik avtomobilini idarə etməyə çalışarkən nəqliyyat vasitəsini su kanalına aşırıb.
Hadisə nəticəsində 25 yaşlı Vüsal Quliyev suda boğularaq ölüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanılıb istintaq aparılır.