İmişlidə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.
Teleqraf.com xəbər verir ki, hadisə İmişli rayonu Qaradonlu kəndində qeydə alınıb. Kənd sakinləri, 1992-ci il təvəllüdlü Murad Kərimov, həyat yoldaşı 1995-ci il təvəllüdlü İlkanə Kərimova və övladı 2021-ci il təvəllüdlü Səccad Kərimov dəm qazından zəhərləniblər.
Onlar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.