Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yük avtomobillərinin toqquşması nəticəsində yaralanan 3 nəfərdən biri ölüb.
Teleqraf.com xəbər verir ki, "TIR" və "Mercedes" markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində ağır xəsarətlər alan Novruzov Üzeyir Telman oğlunun həyatını xilas etmək mümkün olmayıb.
Digər iki yaralı - Quba rayonunun Birinci Nügədi kənd sakinləri Qonaqbəyov Cavid Murad oğlu və Məmmədov Balakişi Pərviz oğlu ilkin olaraq Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Tibb müəssisəsindən verilən məlumata görə, bədənin müxtəlif nahiyyələrinin çoxsaylı sınıqları ilə xəstəxanaya yerləşdirilən hər iki şəxs ilkin tibbi yardımdan sonra ixtisaslı tibbi müayinədən keçirilməsi üçün dərhal Quba Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib. Hazırda vəziyyətləri ağır olaraq qiymətləndirilir. Xəsarət alanlardan bir nəfər komatoz vəziyyətindədir.