26 Yanvar 2015 10:59
1 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

AXCP sədri Əli Kərimli KXCP sədrini Milli Şuranın rəhbərliyindən uzaqlaşdırıb.

Teleqraf.com-un xəbərinə görə, ötən həftənin sonunda Milli Şuranın növbəti sessiyası keçirilib. Sessiyada əsasən, təşkilati məsələlər, qarşıdan gələn parlament seçkiləri və seçkidə iştirak formatı müzakirə edilib.

Toplantıda Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti bir il üçün üzvləri də seçilib. Koordinasiya Şurasına seçkilər zamanı KXCP sədri Mirhamud Mirəlioğluna olan münasibət diqqəti çəkib. Belə ki, Mirəlioğlu Koordinasiya Şurasının əvvəlki heyətində təmsil olunurdu. Yeni heyətdə isə nə onun namizədliyi irəli sürülüb, nə də müdafiə edilib. Beləliklə, KXCP sədri Milli Şuranın rəhbərliyinə buraxılmayıb. KXCP-dən Milli Şuranın rəhbərliyinə yalnız Oqtay Gülaliyev seçilib.

Qeyd edək ki, hələ bir müddət əvvəl məlumat vermişdik ki, KXCP sədri Milli Şura rəhbərliyindən kənarda saxlanılacaq. Səbəb isə Mirəlioğlunun Milli Şuranın tədbirlərinə getməməsi, bu qurumdan kənar fəaliyyət göstərməsi idi. Həmçinin bildirilirdi ki, Milli Şurada əsas söz sahibi olan AXCP sədri Əli Kərimli də Mirmahmud Mirəlioğlunun rəhbərlikdə təmsil olunmasını istəmir.


Cavidan


Müəllif:

Oxşar xəbərlər