26 Yanvar 2015 13:26
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının Ənvər Əhmədi partiyadan xaric etməsi ciddi səs-küyə səbəb olub.

Teleqraf.com-un xəbərinə görə, bir vaxtlar partiyanın əsas simaları olan şəxslər MNTK-nın bu addımını pisləyir, yeni rəhbərliyin repressiv tədbirlərinə etiraz edirlər.

Növbəti etiraz politoloq Hikmət Hacızadədən gəlib. O, öz Facebook səhifəsində partiyadan xaric edilən Ənvər Əhmədlə bağlı fikirlərini bölüşüb, onun müdafiəsinə qalxıb: “Belə razələt görməmişdim, daha sizə sözüm yoxdur. Ənvər Əhməd Müsavati Müsavat edən şəxslərdəndir. Heyif o Müsavatdan...”

Cavidan


Müəllif:

Oxşar xəbərlər