"Partiyanın xilası üçün kənar müdaxiləyə ehtiyac var"
“Duşunurdum ki, Musavat rəhbərliyinə daxil olan şəxslərin açıqlamalarına əhəmiyyət vermədən butun gücumu Azərbaycan Demokratiya və Rifah Hərəkatının qurulucuguna həsr edim. Çox təəssüf ki, ünvanımıza deyilən yeni-yeni böhtanlar, yalanlar, uydurmalar bu istəyimin həyata keçməsinə imkan vermir. Kimlərəsə cavab verməyə məcbur olursan. Mən qurultay numayəndəsi olaraq Musavatın VIII qurultayında iştirak etmisəm. Arif Hacılının başqanlığa namizəd olaraq etdiyi proqram çıxışı yaxşı yadımdadır. O, çıxışında hər iki cumlədən birində “MƏN”, “İSA QƏMBƏR”, “ƏBULFƏZ ELÇİBƏY” sözlərindən istifadə etməklə keçmiş zamanda baş vermiş hadisələrdən danışırdı. Maraqlanıb baxa bilərsiniz: Bir kəlmə də olsun nə Qarabağ problemindən danışılır, nə də hakimiyyətin tənqidindən söhbət gedir. Görunur, biz kəşf olunmuş yeni bir nəzəriyyə ilə tanış olmuşuq. Bunun adı tarixə “İsa Qəmbər nəzəriyyəsi” kimi duşəcək .Yəni hakimiyyəti tənqid etmədən, xalqı narahat edən əsas problemlərdən danışmadan da muxalifət partiyasının başında olmaq olar. Bu yeni nəzəriyyə ilə muxalifəti öz ətrafında birləşdirib hakimiyyətə “gəlmək” də olar”.
Bunu Müsavat Partiyası MNTK-nın sabiq üzvü, partiya rəhbərliyi ilə münasibətləri son dərəcə kəskin olan Əlövsət Talışxanlı bildirib.
Teleqraf.com xəbər verir ki, Talışxanlı sosial şəbəkədə İsa Qəmbəri sərt şəkildə tənqid edib. O fikrinə davam edərək bildirib ki, İsa Qəmbər nədənsə onları (Qubad İbadoğlu və tərəfdarlarını) hakimiyyətlə işbirliyində ittiham edir: "Hansı ki, ittiham etdiyi insanları neçə illərdi onunla çiyin-çiyinə mubarizə aparırdı. Əgər bizlərin doğrudan da hakimiyyətlə əlaqələrimiz olub və İsa Qəmbərin bundan xəbəri olmayıbsa, bu pis , yox, əğər xəbəri olub və bildiklərini gizlədərək patiyadaxili muzakirəyə çıxarıb tədbir ğörməyibsə, bu daha pis. Yeri gəlmişkən, Qubad İbadoğlu İsa Qəmbərin rəhbərlik etdiyi Milli Strateji Duşuncə Mərkəzinin uzvudur. Və bildiyim qədər onun yığıncaqlarına da qatılmır. Bəs niyə o ifşa olunaraq bu qurumdan kənarlaşdırılmır? Yəqin İsa Qəmbər gözləyir ki, Qubad İbadoğlu özu oradan istefa versin və yalnız bundan sonra onun xəyanətkar olduğunu, hakimiyyətə işlədiyini dilə gətirsin. Onu da deyim ki, son zamanlar ayrı-ayrı şəxslər deyil, partiya sədrləri hakimiyyətlə sövdələşmək istəyir. Parlament seçkilərinə çox vaxt qalmayıb. Zaman özu hər hər şeyə aydınlıq gətirəcək”.
Əlövsət Talışxanlı qeyd edib ki, İsa Qəmbər Arif Hacılını seçməklə və qurultay sonrası açıqlamaları ilə Musavatı və özunu bataqlığa surukləyir: “Bu səhv qərarına haqq qazandırmaq, onun doğruluğunu subut etmək uçun ardıcıllıqla digər səhv addımlar atmaga məcbur olur. Bataqlığa duşənin istənilən kiçik hərəkəti isə onu hara apardığını hamı yaxşı bilir. Kənardan mudaxilə olmasa, sonuc yaxşı olmayacaq . Bu mudaxilə isə yalnız Musavat partiyasının uzvlərinin birgə səyi nəticəsində edilə bilər. Partiyanı xilas etməyin ,onun nüfuzunun bərpasının yeganə yolu cəmiyyətdə nüfuzu olan bir nəfərin başqan olmasındadır. Qəribədir ki, qurultayda və qurultaydan sonra səslənən ittihamların çoxu MNTK-ya yönəlib. Bu qurum gah fəaliyyətsizlikdə, gah da ki , tərəf olmaqda gunahlandirılır. Fəaliyyətsiz bir orqan necə tərəf ola bilər? Özlərinin dediyi kimi “10 ildə 5 dəfə Musavatın qapısını açmayanlar” necə qeyri- obyektiv qərar qəbul edə bilərdi? Əgər MNTK bizim vaxtımızda tərəf olubsa, onda bircə qərarı acıqlasınlar ki , bu qərar qrup maraqlarina uyğun verilib. MNTK-nın iclas protokolları Musavatın qərargahındadır , əgər yadlarında qalmayıbsa, buyurub araşdıra bilərlər. MNTK-nı icra aparatının işçiləri ilə muqayisə etmək isə lap absurddur. Bir sadə səbəbə görə ki, MNTK qurultayda seçilir və onların hər biri hansi namizədi mudafiə edəcəyində sərbəstdir. Duzdur, MNTK uzvlərinin əksəriyyəti A.Hacilini başqan kimi görmurdulər. Bunun da səbəblərindən biri A.Hacılının təşkilat məsələləri uzrə başqan muavini seçiləndən sonra öz qrupunun maraqlarına uygun qərarların qəbul edilməsinə calışması olmuşdur. MNTK uzvləri görurdu ki A.Hacılı ona yaxin olmayan, onu qəbul etməyən rayon təşkilatı sədrlərini muxtəlif usullarla kənarlaşdırmaq istəyir . Müsavatın bərpasından bu gunə kimi yaranmış butun konfliktlərin bir tərəfində A.Hacılı olub. Onunla konfliktdə olmuş musavatçıların böyuk hissəsi partiyanı tərk edib. Biz isə partiyanın maraqlarına və nizamnaməyə uygun olaraq səlahiyyətlərimiz cərcivəsində bunun qarşısını alırdıq. 2006-cı ildən sonra İ.Qəmbərin muqaviməti ilə qarşilaşdıq. MNTK-nın fəaliyyətinin zəifləməsinin səbəbi də bu oldu. Bir vaxtlar yuz minlərlə insanı kuçələrə çıxaran 22 illik partiya sonuncu mitinqə 220 nəfər adam çıxarirsa, bunun məsuliyyəti kimin uzərinə duşur?”
Cavidan