ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşmək üçün Polşaya yola düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə həmsədr özünün “Twitter” hesabında yazıb.
“Atəşkəs və gələcək addımları müzakirə etmək məqsədilə Azərbaycan xarici işlər naziri ilə görüşmək üçün Polşaya yola düşürəm. İnkişaf vacibdir”, - deyə C. Uorlik belə “tvit” atıb.