“Çox təəssüf ki, beynəlxalq miqyasda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatların arxasında ciddi fəaliyyət dayanmır”.
Teleqraf.com-un məlumatına görə, bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.
A.Mollazadə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişə nail olunmasının mümkünlüyü haqda dəfələrlə bəyanatlar eşidirik. Onun sözlərinə görə, Ermənistanın danışıqları imitasiya etməsi ucbatından irəliləyiş əldə etmək mümkün olmur: “Bu mənada hesab edirəm ki, bizə konkret nəticə lazımdır. Beynəlxalq təşkilatlar təcavüzkar Ermənistan dövlətini sülhə məcbur etməlidir. Biz onlardan yalnız bunu gözləyirik. Ümumiyyətlə beynəlxalq hüquq normaları bərqərar olunmalı və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı məlum 4 qətnaməsi icra edilməlidir”.
Səxavət