26 Yanvar 2015 18:22
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 25-də Avstriyaya işgüzar səfəri çərçivəsində Avstriya-Azərbaycan Ticarət Palatasının üzvləri, Avstriya parlamentinin nümayəndələri və iş adamlarının iştirakı ilə birgə görüş keçirib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycanla Avstriya arasında iqtisadi, ticarət, enerji və turizm sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. İqtisadi əməkdaşlığın inkişafında biznes dairələri arasında birbaşa əlaqələrin qurulmasının vacibliyi qeyd olunaraq, Azərbaycan və Avstriya hökumətlərinin dəstəyi ilə qarşılıqlı biznes səfərləri və forumların təşkili müzakirə edilib.

E.Məmmədyarov və rəhbərlik etdiyi nümayəndə heyəti daha sonra Slovakiyaya rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində E.Məmmədyarovun Slovakiyanın rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.

Səxavət


Müəllif:

Oxşar xəbərlər