26 Yanvar 2015 18:47
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Müsavat Partiyasının Divanının növbəti iclası keçirilib. Divanda qərarların icrası və görülən işlər barədə məlumat verilib”.

Teleqraf.com Müsavat Partiyasının saytına istinadən məlumat verir ki, Divanın iclasında İcra Aparatının rəhbəri Gülağa Aslanlının 20 yanvar hadisələrinin 25-ci ildönümü ilə bağlı keçirilən tədbirlər haqqında məlumat verib. Divan 20 yanvar şəhidlərinin ziyarətini təşkil edən Sumqayıt şəhər, İmişli, Salyan, Qazax, Ağcabədi, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara rayon təşkilatlarının təşəkkür elan edib.

Divanda Müsavat Partiyasının 2015-ci il Parlament seçkiləri ilə əlaqədar müxalifət partiyaları ilə funksional əməkdaşlığa səy göstərilməsi, seçki blokunun yaradılması imkanlarının araşdırılması, istiqamətində fəaliyyətin davam etdirilməsi məqsədəuyğun sayılıb. Seçki dairələri üzrə Müsavat Partiyasının namizədlərinin müəyyən edilməsi prosesinə başlanması qərara alınıb.

31 yanvar 2015-ci il tarixdə saat 12.00-da Müsavat Partiyasının və Şərqdə ilk Demokratik Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə Novxanı kəndində keçiriləcək bayram tədbirinə hazırlıqların gedişi müzakirə edilib.

Nemət


Müəllif:

Oxşar xəbərlər