Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputat Asim Mollazadə Amerika Birləşmiş Ştatlarında səfərdə olacaq.
Teleqraf.com Milli Məclisə istinadən bildirir ki, millət vəkilləri yanvarın 30-da Vaşinqton şəhərində keçiriləcək Atlantik Şuranın konfransında iştirak edəcəklər. Tədbirdə “Avropanın Şərqində transatlantik strategiyaya doğru” mövzusu ətrafında müzakirələr aparılacaq. Toplantıda deputatlarımız məsələ barədə öz fikirlərini açıqlayacaqlar.
Səfər fevralın 4-də başa çatacaq.
Nemət