Milli Məclisin (MM) iqtisadi siyasət komitəsi payız sessiyasında 56 məsələyə baxıb ki, onların hamısı parlament tərəfindən qəbul edilib.
Bu barədə yanvarın 28-də keçirilən parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib. Komitə sədri əlavə edib ki, MM-in yaz sessiyasında komitənin qanunvericilik iş planında bir sıra qanun layihələrinin müzakirəsi nəzərdə tutulur.
Prezident İlham Əliyevin yanvarın 27-də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışına toxunan Z.Səmədzadə qeyd edib ki, dövlət başçısı çıxışında Azğrbaycandada baş verən iqtisadi inkişafa qiymət verib. Həmin çıxışda əldə edilən uğurlara dəyərli yanaşmalar əksini tapıb: “Dövlət başçısının tövsiyyələri milli iqtisadiyyatın keyfiyyətli inkişafı üçün mqhqm rol oynayacaq. Çünki dünyada qlobal sarsıntıların baş verməsinə baxmayaraq Azərbaycan iqtisadiyyatı dinamik inkişafını davam etdirir”.
Sonra millət vəkilləri gündəlikdə duran qanun layihələrinin müzakirəsini davam etdiriblər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə məlumat verən Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqşünası Elşad Məmmədov bildirib ki, “Dövlət reyestri haqqında” qanunun tətbiqindən ötən 9 il müddət ərzində müəyyən məsələlər ortaya çıxıb ki, yeni sənədlə onların həlli mümkün olacaq. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun layihəsində nəzərdə tutulur ki, 8-ci maddənin üşüncq hissəsinin dördüncü abzasına “orderi” sözündən sonra “mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam” sözləri əlavə edilsin. Çülki Məcəlləyə edilən dəyişikliyə görə isə “kollektiv bağçılıq –yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin icrasının protokolundan çıxarış, mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam” sözləri əlavə edilir. Bununla da həmin sənədləri olan vətəndaşlar torpaq və onun üzərindəki obyekt üzərində mülkiyyət hüququ əldə etmiş olur. Onun bildirdiyinə görə, qanun qəbul edildikdən sonra sərəncam olduğu halda mülkiyyət hüququnun tanənmasından ötrü order tələb olunmayacaq. Bu isə minlərlə insanın mülkiyyət hüququnun əldə edilməsinə şərait yaradacaq: “Elı hallar var ki, vaxtilə Xalq Deputatlar Soveti, yaxud icra orqanları tərəfindən vətəndaşlara sərəncamla mənzil verilib, lakin orderi yoxdur. Ona görə də mənzilini özəlləşdirə bilmir. Bu sənəd həmi problemləri aradan qaldıracaq”.
İclasda oda bildirilidi ki, yeni qanun 2006-cı il iyulun 6-dək sənəd verilən mənzillərə şamil ediləcək.
Millət vəkili Vahid Əhmədov bildirib ki, hazırda 12 metrə qədər hündürlüyü olan fərdi evlərin tikintisi üçün icazə tələb olunmur. Vətəndaş lazımi sənədləri təqdim edərək müvafiq icra hakimiyyəti orqanlını məlumatlandırmalıdır: “Lakin regionlarda bunun əksi müşahidə olunur. Heç bir vətəndaş icra hakimiyyətinin sərəncamı olmadan fərdi ev inşaa edə bilmir. Yaxşı olardı ki, mülkiyyət hüququnun tanınması məsələsi “vahid pəncərə” sistemi ilə həyata keçirilsin. Yaxud bu mexanizmin həyata keçirilməsi “ASAN Xidmətə” verilsin ki, camaatın canı qirtarsın”. Deputat Əsabil Qasımov isə bildirib ki, Abşeron rayonunda əkinə yararlı torpaqlarda çoxlu sayda obyektlər tiklib:
“Bu səbədən də onların sənədləşdirilməsində problemlər yaranır. Ona görə də belə torpaqlarda tikililər razılaşdırılmış şəkildə aparılmalıdır. Əks halda belə ərazilərdə obyektlərin tikintisi xaos yaradır”. ƏMDK nümayəndəsi isə bəyan edib ki, belə haldan Komitə ikilini yox, yalnız torpağı qeydə alır. Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyyə olunub.
Nemət