İctimai yerlərdə və açıq məkanlarda tütün məmulatlarından istifadənin qadağan edilməsini nəzərdə tutan qanun layihəsinin qəbul olunmasına ehtiyac var.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin sözlərinə görə, hazırda bu sahədə vəziyyət açınacaqlı durumdadır:
“Biz bu qanun haqqında danışanda hələ dünyanın bir çox ölkələrində bu istiqamətdə heç bir addım atılmamışdı. Ancaq çox təəssüflər olsun ki, həmin ölkələr bizdən qabaq bu qanunu qəbul ediblər. Məni ən çox narahat edən məsələ odur ki, son illər Azərbaycanda siqaretdən istifadə edən qadınların və uşaqların sayı çoxalıb. Həmçinin sulu qəlyandan istifadə edənlərin sayı xeyli dərəcədə artmaqdadır. Bu, çox təhlükəli bir tendensiyadır. Ona görə sözügedən qanun layihəsi mütləq müzakirələrə çıxarılmalı və qəbul edilməlidir”.
Nemət