1 Aprel 12:28
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın əsasən Nərimanov rayonu ərazisində insanları fasiləsiz internetlə təmin edən bir neçə provayder şirkətinin binalarda quraşdırdığı şəbəkə paylayıcı bloklarında olan enerji daşıyıcılarının oğurlanması barədə polisə çoxsaylı məlumatlar daxil olub.

Teleqraf.com xəbər verir ki, həmin şəxslərin saxlanılması istiqamətində Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən əməli törədən paytaxt sakinləri Ülvi Qurbanov və Tural Məmmədzadə saxlanılıblar.

Onların Nərimanov rayonu ilə yanaşı Nəsimi, Yasamal və digər ərazilərdə də müxtəlif provayderlərin enerji daşıyıcılarını oğurladıqları məlum olub.

Araşdırmalarla bu şəxslərin Bakı şəhəri ərazisində 100-ə yaxın internet paylayıcı blokun enerji daşıyıcısını oğurladıqları müəyyən edilib.

Oğurluq əşyalar Tural Məmmədzadənin idarə etdiyi avtomobillə əlvan-metal qəbulu məntəqələrinə aparılaraq satılıb.

Onların törətdiyi oğurluq əməlləri ərazidə quradırılmış videomüşahidə kameraları vasitəsilə də qeydə alınıb.

Ü.Qurbanov və T.Məmmədzadənin Bakı şəhərində digər analoji cinayətlərdə iştiraklarının olub-olmamalarının müəyyən edilməsi istiqamətində 16-cı Polis Şöbəsində araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər