30 Yanvar 2015 14:17
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com xəbər verir ki, bunu İsa Qəmbərin keçmiş müşaviri, ADR hərəkatının üzvü Hüseyn Məlik Facebook-dakı statusunda yazıb.

H. Məlik Müsavatın hazırkı rəhbərliyinin Qubad İbadoğlunu partiyadan çıxarmağı qarşıya məqsəd qoyduğunu bildirib.

“Müsavat Partiyasının qurultayında başqanlığa namizəd olmuş Qubad İbadoğlu 48 faiz səs alıb. Qurultayda saxtakarlığın olub-olmaması haqda danışmaq fikrim yoxdur. Bu barədə çox danışmışıq. Lakin yeni formalaşan rəhbərlik bütün ağlasığmaz vasitələrdən istifadə edib Qubad bəyi partiyadan uzaqlaşdırmaq üçün bəhanələr axtarır. Mən dəqiq bilirəm ki, İsa Qəmbər Qubad bəyi 100 faiz partiyadan uzaqlaşdıracaq . O, əlinə düşən imkandan istifadə edəndir”, - deyə o bildirib.

Qeyd edək ki, Arif Hacılının komandası Q. İbadoğlunu fevralın 2-də keçiriləcək Divanın toplantısına dəvət edib. Çıxarılma qərarının orda veriləcəyi gözlənilir.

Ayxan


Müəllif:

Oxşar xəbərlər