30 Yanvar 2015 18:14
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın nüfuzlu analitik mərkəzlərindən biri olan Atlantik Şuranın hazırda Avropa İttifaqına sədrlik edən Latviya ilə birgə yanvarın 29-30-da Vaşinqtonda təşkil etdiyi “Avropanın şərqi üçün transatlantik strategiyaya doğru” adlı konfransa dəvət olunmuş məruzəçilər Birləşmiş Ştatların vitse-prezidenti Cozef Bayden ilə görüşüblər.

Teleqraf.com-un məlumatına görə, konfransda Azərbaycanı təmsil edən Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov görüşdə iştirak edib.

Toplantı zamanı Azərbaycanın Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramında iştirakı və perspektivlər də müzakirə olunub, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə qeyd edilib, həmçinin ABŞ-Azərbaycan ikitərəfli münasibətlərindən söhbət açılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər