Liberal Partiyanın lideri və Milli Birlik Hərəkatının sədri Lalə Şövkət Hacıyevanın səhhəti normaldır.
Xanım siyasətçi 20 yanvarda səhhətində olan nasazlıq səbəbilə Şəhidlər Xiyabanını ziyarət edə bilməmişdi. ALP sədri Əvəz Temirxan isə deyir ki, əslində, professor Lalə Şövkətin səhhətində ciddi problem yoxdur: “Sadəcə olaraq, bir balaca qrip olmuşdu. Ancaq bəzi jurnalistlər öz təxəyyülünün məhsulu olan məqalələr yazdılar. Bunlar yalandır. Lalə xanım hazırda Bakıdadır və səhhətində heç bir problem yoxdur, gündəlik mətbuatı, siyasi prosesləri diqqətlə izləyir, partiyaya müvafiq tapşırıqlarını verir”.
Qeyd edək ki, Lalə Şövkət 2015-ci ildə keçiriləcək parlament seçkilərində namizəd olmayacaq. ALP sədri Ə.Temirxan da deyib ki, böyük ehtimalla L.Şövkət namizədliyini irəli sürməyəcək.
Arif Hacılı kəndə gedib.
Cavidan