Mayın 14-də itkin düşən Qəbələ sakini tapılıb.
Teleqraf.com xəbər verir ki, rayonun Daşca kənd sakini, 30 yaşlı Hümbətov Elmin Firidun oğlu polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, 1994-cü il təvəllüdlü Elmin Hümbətov yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmamışdı.