4 İyun 17:28
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda baş verən dəhşətli intiharla bağlı yeni faktlar məlum olub.

Teleqraf.com Lent.az-a istinadla xəbər verir ki, hadisə baş verən binanın sakinlərinin sözlərinə görə, intihar edən 23 yaşlı Yaftum Orucov orada fəhlə işləyirmiş. Onun intihar etmək istədiyini görən komendant Namiq Məmiyev gənc oğlana mane olmağa çalışıb. Elə bu zaman komendant da intihar edən gənclə bir yerdə 16-cı mərtəbədən düşüb.

Lakin bunlar bina sakinlərinin dedikləridir. Hadisənin dəqiq baş vermə şəraiti və səbəbləri istintaq araşdırmalarından sonra məlum olacaq.

***

15:51

Bakıda dəhşətli intihar hadisəsində sonra ölənlərin kimlikləri məlum olub.

Teleqraf.com Oxu.az-a istinadla xəbər verir ki, 2001-ci il təvəllüdlü Yaftum Yaşar oğlu Orucov çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atıb. O, 1972-ci il təvəllüdlü Namiq Abi oğlu Məmiyevin üzərinə düşüb. Nəticədə hər iki şəxs yerindəcə keçiniblər.

***

14:01

Bakıda inithar hadisəsi 2 nəfərin ölümünə səbəb olub.

Teleqraf.com xəbər verir ki, hadisə Nizami rayonu ərazisində yerləşən hündürmərətəbli binalardan birində baş verib.

23 yaşlı Yaşar Orucov özünü binanın 16-cı mərtəbəsindən atıb. Həmin zaman, həyətdə olan 52 yaşlı Namiq Məmiyevin üzərinə düşüb.

Hər iki şəxs aldıqları xəsatərlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, həmin şəxsin komendant olduğu bildirilir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər