6 İyun 12:56
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

TƏBİB-dən bildirilib ki, bu gün saat 09:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan doqquz nəfər (səkkiz qadın, bir kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara müxtəlif bədən nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Hazırda xəsarət alanlardan üç nəfərin vəziyyəti orta ağır, altı nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.

Hadisə nəticəsində iki nəfərin həkiməqədər ölüm halı qeydə alınıb.

***

İyunun 6-da saat 10 radələrində Y.Bağırovun idarə etdiyi "Mercedes" markalı mikroavtobus Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Nəticədə mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb. Bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşən "Mercedes" markalı mikroavtobus istirahət mərkəzinə gedirmiş.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər