16 yaşlı qızına təcavüz edən ata həbs edilib.
Teleqraf.com DHA-ya istinadən xəbər verir ki, hadisə Türkiyənin Manisa şəhərində baş verib.
Uşaq Monitorinq Mərkəzində (ÇİM) ifadəsi alınan 16 yaşlı qız atasının 2 ildən artıqdır ki, ona qarşı cinsi zorakılıq etdiyini bildirib.
Xəbərdə deyilir ki, ata polisdə verdiyi ifadəsində hadisənin boynuna alıb.
İş üzrə araşdırmalar davam edir.