Bakı metrosunda sərnişin ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, "Koroğlu" stansiyasını tərk edən kişi sərnişin özünü pis etdiyindən nəzarətçiyə yaxınlaşıb.
Dərhal təcili tibbi yardım xidməti çağırılsa da 45-50 yaşlarında olan sərnişinin həyatını xilas etmək mümkün olmayıb.