14 May 2014 16:11
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş faciəvi qəzada çoxsaylı insan itkisi ilə əlaqədar Türkiyə xarici işlər naziri Əhməd Davudoğluna başsağlığı məktubu ünvanlayıb.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, məktubda deyilir:

“Cənab nazir, əziz qardaşım. Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş faciəvi qəzada çoxsaylı insan itkisi xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizə şərik çıxır, mərhumların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”.

Səxavət


Müəllif: