Yük qatarının sərnişin qatarı ilə toqquşması nəticəsində ölənlərin sayı 8-ə çatıb.
Teleqraf.com xəbər verir ki, hadisə Hindistanda baş verib.
Səhər saatlarında baş verən qəzada 3 vaqon relsdən çıxıb, 1 vaqon havada asılı qalıb.
Hadisə yerinə çoxlu axtarış-xilasetmə qrupu və təcili yardım maşınları göndərilib.
İlkin ehtimala görə, yük qatarının maşinisti siqnalı nəzərə almayıb.
Qeyd edək ki, keçən il Hindistanın Orissa əyalətində üç qatarın toqquşması nəticəsində təxminən 290 nəfər ölüb, mindən çox adam yaralanıb.