Sumqayıtda 28 yaşlı qadın 3-cü mərtəbədən yıxılıb.
Teleqraf.com xəbər verir ki, hadisə 4-cü məhəllədə baş verib.
1996-cı il təvəllüdlü Quliyeva Nigar İsa qızı kirayə qaldığı 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanından yıxılıb, xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir. Fakt araşdırılır.