4 Fevral 2015 16:08
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-da müəyyən şəxslərin Azərbaycanla bağlı qərəzli fikirləri bu dövlətin rəsmi mövqeyi deyil”.

Teleqraf.com xəbər verir ki, bu fikri AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva deyib.

A.Mustafayeva bildirib ki, Azərbaycanla ABŞ strateji tərəfdaş ölkələrdir. Onun sözlərinə görə, bir sıra Qərb təşkilatlarının, həmin təşkilatlarda olan şəxslərin dövlətimizlə bağlı qərəzli çıxışlarının arxasında erməni lobbisinin dayandığını söyləyə bilərik.

“Ermənistanda insan hüquqları ilə bağlı vəziyyətin kifayət qədər pis olmasına rəğmən, bu yöndə fəaliyyət göstərən təşkilatlar Sarkisyan rejiminə qarşı heç bir kəskin münasibət bildirmir. Bunun əvəzində Azərbaycanda mövcud olan demokratik mühitə qarşı qərəz, aqressiya sərgilənir. Azərbaycanın Avropa, eləcə də Qərb üçün çox önəmli enerji tərəfdaşı olması əlbəttə düşmənləri qıcıqlandırır. Əminik ki, bütün bu kimi qərəzli çağırışların arxasında məhz erməni əli, erməni lobbisi dayanır” – deyə, A.Mustafayeva vurğulayıb.

Səxavət


Müəllif: