14 May 2014 19:01
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son günlər Amerikani söyənlər və kolorado lenti taxanlar çoxalıb. Deyəsən, kiməsə Amerikanı həftədə 3 dəfə söymək tapşırığı verilib. Niyə burada xatırlayan yoxdur ki, müstəqilliyimizi Amerika təmin edib. Amerika SSRİ-ni çökdürdü, biz də müstəqil ola bildik. Niye yazmırsınız ki, şimal sərhədimizdə Amerika qoşunu deyil, başqa ölkənin qoşunu durub qapımızı döyür! Niyə yazmırsınız ki, Qarabağı bizdən kim alıb? Niyə yaddan çıxarırsınız ki, bu günkü müstəqilliyimizi Amerika təmin edir, o olmasaydı çoxdan qonşu dövlətlər buranı parçalamışdı".

Teleqraf.com-un məlumatına görə, bunu politoloq Hikmət Hacızadə son günlər mətbuatda və sosial şəbəkələrdə Azərbaycan-Amerika və Azərbaycan-Rusiya münasibətlərinə dair aparılan müzakirələrə münasibət bildirərkən qeyd eidb.

H.Hacızadə qeyd edir ki, Amerikanın işğal etdiyi ölkələr bu gün inkişafdadır: "Amerika Yaponiyanı, Cənubi Koreyanı, Tayvanı, Almaniyanı, İtaliyanı, Avstriyanı işğal etmişdi. İndi onlar nə vəziyyətdədir? Acından ölürlər? Sərvətləri talanır? Diktaturadır? Bizə 28 aprel, 20 yanvar faciələrini Amerika deyil, Rusiya yaşadıb. Rusiyanı müdafiə edənlər "5-ci kolon" deyil, bəs nədir?".

Ruslan


Müəllif: