Cəlilabadda minik avtomobili aşıb, sürücü xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, hadisə Cəlilabad-Cəngan avtomobil yolunda qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Ramin Məmmədov idar əetdiyi "VAZ 2106" markalı minik avtomobilini yolun kənarına aşırıb. Qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb. O, təcili tibbi yardım avtomobili ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.