Bakıda usta yeni tikilən binadan yıxılıb.
Teleqraf.com "Report"a istinadla xəbər verir ki, Binəqədi rayonu Cəfər Xandan küçəsində tikilməkdə olan binada usta işləyən Şamil Umudov suvaq işləri ilə məşğul olarkən 3-cü mərtəbədən yerə yıxılıb.
Nəticədə Şamil Umudov ağır xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.