154 kilo çəkisi olan ana ögey oğlunun üstünə oturaraq öldürüb.
Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, hadisə ABŞ-ın Şimali İndiyana ştatında baş verib.
Cenifer Li Vilson adlı qadın 10 yaşlı ögey oğlunun üstündə 7 dəqiqə oturaraq onun həyatına son qoyub.
Qadın həbs edilib.
Yayılan xəbərlərə görə, qadın ögey oğlunun hərəkətlərindən bezərək bu addımı atıb.