Azərbaycan tərəfindən axtarışda olan şəxs Rusiyada saxlanılıb.
Teleqraf.com xəbər verir ki, Azərbaycan məhkəmələri tərəfindən barəsində qiyabi həbs qətimkan tədbiri seçilən 1978-ci il təvəllüdlü Emin Yusufov Rusiya Federasiyasında tutulub.
O, Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə təqsirləndirilir.
Hazırda onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.