Kəlbəcərdə mina hadisəsi baş verib, üç nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər, Müdafiə Nazirlikləri və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında deyilir.
Belə ki, iyulun 19-da Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.
Hadisə nəticəsində 1969-cu il təvəllüdlü Hüseynov Xəlifə Həsən oğlu piyada əleyhinə minaya düşərək xəsarət, onun arxasınca hərəkət edən 1978-ci il təvəllüdlü Məmmədov Səməndər Əliqəmə oğlu isə həmin mina partlaması nəticəsində qəlpə yaraları alıb.
Daha sonra hadisə yerinə onlara köməyə gedən 1976-cı il təvəllüdlü Qaraşov Rahim Əşrəf oğlu ikinci minanın partlaması müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.
19:00
Kəlbəcərdə 55 yaşlı kişi minaya düşüb.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Ağdaban kəndində baş verib.
Minaya düşən 55 yaşlı Hüseynov Xəlifə Həsən oğlu kənd təsərrüfatı təyinatlı icazə ilə Ağdabanda imiş.
Hadisə yerinə Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub. O, xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.