Stalinin və Leninin heykəllərini qırmaq istəyən şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, hadisəni törətməkdə təqsirləndirilən 1981-ci il təvəllüdlü Moskva sakini saxlanılıb. Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 214-cü maddəsi (“Vandalizm”) ilə cinayət işi başlanıb.