22 İyul 13:02
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda baş verən və Azərbaycanın sərhəd rayonlarında hiss edilən zəlzələ zamanı ölkədə hər hansı dağıntı və ya insan xəsarət qeydə alınmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

"Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək FHN-ə məlumat daxil olmayıb", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Gürcüstan ərazisində 4.9 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.

***

12:17

Gürcüstanın şərqində son bir həftə ərzində üçüncü zəlzələ baş verib.

Teleqraf.com Report-a istinadla xəbər verir ki, yerli vaxtla saat 12:08-də 4,7 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Zəlzələ ocağı Dedoplistskaro şəhərindən 9 km aralıda 18 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi də məlumat yayıb.

Mərkəzdən bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Gürcüstan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər