Rusiyanın Saratov vilayətinin qubernatoru Roman Busarqinin 16 yaşlı oğlu qəza nəticəsində ölüb.
Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, "Lada Granata" markalı avtomobil yolun kənarında dayanan yük maşınına çırpılıb.
Qəza nəticəsində avtomobilin 20 yaşlı sürücüsü və sərnişin oturacağında əyləşən qubernatorun oğlu ölüb.