Daşkəsən rayon Xoşbulaq kəndində qadına ağır xəsarətlər yetirilib.
Teleqraf.com xəbər verir ki, 1958-ci il təvəllüdlü Tahirə Məmməd qızı Qurbanovaya mübahisə zəminində balta ilə 3 xəsarət yetirilib.
Qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Ona xəsarət yetirməkdə gəlini şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.