Bakının Yasamal rayonunda iki yaşlı qadına qarşı soyğunçuluq edilib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində 87 yaşlı qadına qarşı soyğunçuluq edilməsi barədə 28-ci Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 45 yaşlı S.Əliyeva müəyyən olunaraq saxlanılıb.
Onun 75 yaşlı digər bir qadına zor tətbiq edərək içərisində pulu və bank kartları olan pulqabısını talaması da məlum olub.