10 Avqust 18:55
336
12 Punto 14 Punto 16 Punto 18 Punto

9 iyul 2024-cü il tarixində Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə ilkin ehtimala görə içərisində 1 nəfərin olduğu avtomobilin Taxtakörpü su kanalına düşməsi ilə əlaqədar əraziyə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işləri davam etdirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, hazırda batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Əliyev Abusət Xanlar oğlunun axtarışları dalğıc-xilasedicilər tərəfindən fasiləsiz olaraq həyata keçirilir.

Əlavə məlumat veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər