11 Avqust 21:07
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə zəhərlənmə hadisəsi qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, hadisə yas mərasimində qeydə alınıb.

Məlumata əsasən, 93 nəfər zəhərlənib.

Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Agentliyin əməkdaşlarından ibarət mütəxəssis qrupu əraziyə ezam olunub. Hazırda müvafiq araşdırmalar aparılır.

20:11

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.

Teleqraf.com xəbər verir ki, mərasimin 75 iştirakçısı xəstəxanaya çatdırılıb.

Zərərçəkənlərə tibbi yardım göstərilir, onların əksəriyyətinin vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma davam etdirilir.

18:41

Gəncə şəhərində kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Teleqraf şəhərdə keçirilən yas mərasimlərin birində 40-dan çox qonaq zəhərlənib.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər